Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeni il sevincləri”

24.12.2018

Bir neçə gün əvvəl başlamış Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı silsilə konsertləri dekabrın 24-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzində növbəti tədbirlə öz işini davam etdirdi. Tədbirdə iştirak edən rayon məktəblilərinə bayram hədiyyələri paylandı. Uşaqlar yeni ilə dair şerlər söylədilər. Masallı rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivləri, solistlər, Şamo İbayev, Nahidə Günəşli, “Masallı” rəqs qrupunun çıxışları, nağıl qəhrəmanlarının səhnəcikləri şənliyi uşaqlar üçün daha da maraqlı etdi.