Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ziya Bünyadov-100

25.12.2023

Astara rayon Mədəniyyət Mərkəzində Astara rayon İcra Hakimiyyətinin və mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə  Sovet İttifaqı Qəhrəmanı, görkəmli şərqşünas-alim və ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, tələbələr, QHT və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə görkəmli alim, akademikin şərəfli ömür yolu və fəaliyyəti barədə çıxışlar dinlənilib, film izlənilib.

Tədbir rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivlərinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.