Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanımızı tanıyaq

21.12.2023

Dekabrın 21-də Masallı rayon Mərkəzi Kitabxananın Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialı Heydər Əliyev Mərkəzinin 3D kino zalında 22- dekabr Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənın anadan olmasının 100 illiyi ilə əlaqədar "Qəhrəmanımızı tanıyaq"adlı tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri ,İntiqam Əsgərli adına şəhər 3 saylı tam orta məktəbin şagirdləri və müəllimləri iştirak ediblər.

Filial müdiri Sevanə Mənsimova məruzə ilə çıxış edərək Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadən həyatından və keçdiyi döyüş yolundan danışmışdır.

Yekunda Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən “Uzaq sahillərdə” filmi nümayiş olunub.