Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan tarix elminin korifeyi

21.12.2023

Dekabrın 21-də Masallı rayon Mərkəzi Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir başlamazdan öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, akademik Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarixşünaslıq elmində xüsusi bir səhifədir. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycanın mənafeyinə xidmət etmək, tarixi sənədləri gənc nəslə ötürmək Ziya Bünyadovun bütün elmi fəaliyyətinin başlıca məqsədi idi. 

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova vurğulayıb ki, Ali Hərbi Komandirlər məktəbində təhsil alan Ziya Bünyadov II Dünya Müharibəsində Berlinə qədər döyüş yolu keçmiş, döyüşlərdə göstərdiyi igidliyə görə çox sayda orden və medala, o cümlədən Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Məruzəçi çıxışında qeyd edib ki, görkəmli alim müharibədən sonrakı dövrdə Moskvada şərqşünaslıq təhsili alaraq elmi fəaliyyətə başlamış, Azərbaycan türklərinin bu coğrafiyada gəlmə deyil, ən qədim sakinləri olduğunu elmi dəlillər əsasında sübut etmişdir. Onun “Azərbaycan Atabəylər dövləti” monoqrafiyası milli tarixşünaslıq elminin ən qiymətli tədqiqatlarındanbiri hesab olunur.Ziya Bünyadov,1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırmışdır.