Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda etnik azlıqlar

19.07.2023

Masallı rayon Mədəniyyət Mərkəzində "Azərbaycanda etnik azlıqlar" mövzusunda tədbir keçirilib.

Çıxışlarda bildirilib ki, Azərbaycanda milli və dini azlıqlarla bağlı aparılan dövlət siyasəti hər zaman beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması vacibdir.

Qeyd olunub ki, Azərbaycanda etnik azlıqların dillərinə daim xüsusi qayğı ilə yanaşılıb. Azlıqların hüquqlarının qorunması, konkret olaraq onların dillərinə qayğı baxımından Azərbaycan örnək ölkələr sırasındadır. Milli, dini, mədəni tolerantlığın əsrlərdən bəri gələn zəngin təcrübəsi bu gün də ölkədə uğurla tətbiq olunur. Ruslar, yəhudilər, talışlar, ləzgilər, tatlar, gürcülər və digər milli azlıqlar Azərbaycanda mehriban ailə kimi yaşayır, onların məktəbləri, nəşrləri, mətbuat orqanları var.