Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanda etnik azlıqların hüquqlarının tənzimlənməsi

18.03.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Azərbaycanda etnik azlıqların hüquqlarının tənzimlənməsi" mövzusunda tədbir keçirilib.

Çıxışlarda bildirilib ki, tarixən  Azərbaycanın etnik coğrafiyası rəngarəng olmuş və tarixin heç bir mərhələsində Azərbaycanda sayının azlığından-çoxluğundan asılı olmayaraq, milli azlıqlara qarşı diskriminasiya və etnik-dini ayrı-seçkilik faktı qeydə alınmamışdır.

Azərbaycan Respublikasında yaşayan milli azlıqların hüquq və azadlıqları ölkə Konstitusiyasının (1995-ci il, 12 noyabr) aşağıdakı maddələri (“Dövlət dili” Maddə 21, bənd 2; “Bərabərlik hüququ” Maddə 25, bənd 3; “Milli mənsubiyyət hüququ” Maddə 44, bəndlər 1, 2; “Ana dilindən istifadə hüququ” Maddə 45, bəndlər 1, 2;) və digər normativ hüquqi aktlarla qorunur.

Yekunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.