Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan qanunvericiliyndə milli azlıqlar

15.05.2023

Astara rayon Mərkəzi Kitabxanasında "Azərbaycan qanunvericiliyndə milli azlıqlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxananın əməkdaşları və Z. Büynyadov  adına Astara şəhər tam orta məktəbin şagirdləri iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxşlarda vurğulanıb ki, Azərbaycanın müxtəlif rayonlarında milli azlıqların nümayəndələri yaşayır. Onlar özlərini Azərbaycan Respublikasının tam və bərabərhüquqlu vətəndaşları hesab edirlər, ölkəmizin, Azərbaycan xalqının problemləri onları da eyni dərəcədə narahat edir, respublikamızda milli–dini zəmində diskriminasiya, qarşıdurma, ayrı-seçkilik halları yoxdur, öz məktəb, kitabxana, məscid, kilsə, sinaqoq, teatr, qəzetləri vardır, dövlət strukturlarında, ictimai təşkilatlarda, seçkili orqanlarda təmsil olunurlar.