Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əşrəf Xələfov-95

15.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasında kitabxanaşünas alim Əşrəf Xələfovun xatirəsinə həsr olunmuş “Əşrəf Xələfov – 95” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Şəmsurə Nəsirova görkəmli elm adamının həyat və yaradıcılığı haqqında söz açaraq onun 1928-ci ilin dekabr ayında Füzuli rayonunda anadan olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Füzuli şəhər orta məktəbində və Pedaqoji Texnikumda təhsil alan Əşrəf Xələfov 1947-ci ildə ADU-nun Filologiya fakultəsinə qəbul olmuşdur. O, ali məktəbi bitirdikdən sonra M.F.Axundov adına Respublika Dövlət Kitabxanasında müxtəlif vəzifələrdə çalışmışdır. 

Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynovanın məruzəsi dinlənilib. Vurğulanıb ki, uzun illər Bakı Dövlət Universitetində müəllim kimi çalışmış elm xadimi kafedra müdiri vəzifəsinə yüksələrək , pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Bir çox elmi məqalələrin müəllifi olan unudulmz alim kitabxanaşünas- biblioqraf alimlərin yetişməsində misilsiz xidmətlərinə görə fəxri fərman və medallarla təltif olunmuşdur.