Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

15.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin, Xırmandalı kənd kitabxana filialının təşkilatçılığı ilə Masallı şəhər 3 saylı körpələr evi- uşaq bağçasında və Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində “Nağıl saatı” təşkil olunub. 

Nağıl saatında Uşaq şöbəsinin əməkdaşı Günəş Ağayeva və Xırmandalı kənd kifabxana filialının əməkdaşı Əsmət Qasımova tərəfindən oxunan nağıllar uşaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, nağıl saatının keçirilməsində əsas məqsəd uşaqları kitabxanaya cəlb etmək, onların mütaliəyə marağını artırmaq və eləcə də uşaq ədəbiyyatını təbliğ etməkdir.