Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ziya Bünyadov-100

15.12.2023

Astara rayon Mərkəzi Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı, görkəmli şərqşünas-alim və ictimai xadim, akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Astara şəhər Z. Bünyadov adına 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Çıxışlarda mərhum akademikin zəngin və mənalı ömür yolundan, şərqşünaslıq elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən geniş söhbət açılıb, onun istedadlı bir alim kimi, həm də respublikamızın hüdudlarından çox-çox uzaqlarda böyük nüfuz qazandığı vurğulanıb.

Yekunda tədbir iştirakçıları Ziya Bünyadovun əsəsrlərindən ibarət sərgiyə baxış keçiriblər.