Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən şəhidlərin sayəsində ucalır

13.12.2023

Dekabrın 13-də Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Şahin Ağayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov bildirib ki, Vətən müharibəsində igdlik və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən biri də Şahin Ağayev olub. Xalqımıza qələbə sevincini belə qəhrəman Vətən oğulları yaşadıb.  

Sonra kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzə ilə çıxış edib. O, qəhrəman döyüşçümüzün həyat və döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, Şahin Ağayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub. Nümunəvi xidmətlərinə görə dəfələrlə hərbi hissənin “Fəxri fərman” və “Təşəkkürnamə” sinə layiq görülmüşdür. Qeyd olunub ki, Ş. Ağayev Vətən müharibəsində döyüşlərə Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçısı kimi qatılıb. Oktyabrın 25-də Qubadlıda yaralı əsgər yoldaşının həyatını xilas edərkən şəhid olub. Əvvəlcə, Qaradağ rayonundakı ümumşəhər qəbiristanlığında dəfn olunan Şahin Ağayevin məzarı az sonra Bakı şəhərində İkinci Fəxri Xiyabana köçürülüb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şahin Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə ilə təltif edilib.