Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Böyük dövlət adamı, əvəzolunmaz şəxsiyyət

12.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasında kitabxananın və rayon Tarix- Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 12 dekabr-Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Böyük dövlət adamı, əvəzolunmaz şəxsiyyət” adlı dəyirmi masa keçirilib.

Tədbirdə kitabxana və muzey əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, bu gün müasir Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin anım günü bütün ölkə ərazisində qeyd olunur. O, çıxışının davamında Azərbaycanın bənzərsiz lideri Heydər Əliyevin dövlətin və xalqın taleyində həlledici rol oynayan xilaskarlıq missiyasından söhbət açıb.  

Sonra kitabxananın əməkdaşı Gülər Piriyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında xidmətlərindən bəhs edən məruzə ilə çıxış edib. 

Rayon Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxış edərək vurğulayıb ki, XXl əsrdə Azərbaycan xalqının yetişdirdiyi nadir şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin müdrik və ağıllı siyasəti nəticəsində Azərbaycan dövləti müstəqilliyini qazandıqdan sonra qarşılaşdığı bütün çətinliklərdən üzü ağ çıxmış, dünyada söz sahibi olan sabit və inkişaf etmiş dövlətə çevrilmişdir.

Rəsm Qalareyasının direktor əvəzi Təhmasib Məcidli tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, ölkəmizdə mövcud olan əmin-amanlıq, əhalinin xoşbəxt və firavan yaşaması ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyətinin bəhrəsidir.