Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “12 dekabr-Anım Günüdür!” mövzusunda tədbir keçirilib

11.12.2023

Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı rayon Ümummi lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Yardımlı rayon Peşə məktəbinin müəllim və şagird kollektivi, həmçinin kitabxananın fəal oxucuları iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Yardımlı rayon üzrə nümayəndə Ayaz Əliyev geniş məruzə edərək qeyd edib ki, Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insan Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Peşə məktəbinin direktoru Qabil Ağayev çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.