Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bizim xilaskarımız

11.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasının Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qodman kənd kitabxana filialında 12 dekabr- Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Bizim xilaskarımız" adlı tədbir keçirilib.

Tədbirdə N.Nərimanov adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filial müdiri Sevanə Mənsimova məruzə ilə çıxış edərək bildirib ki, ümumilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından çıxarıb. Siyasi uzaqgörənlik, müdriklik, qətiyyətlilik kimi ali keyfiyyətlərə malik olan fenomenal şəxsiyyət Heydər Əliyevin sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi.

Vurğulanıb ki, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib.

Sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Yekunda şagirdlər sərgiyə baxış keçirərək,nümayiş olunan kitablarla yaxından tanış olublar.