Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir ömürdə min ömür

11.12.2023

 Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Ulu Heydər Əliyevin anım günü ilə əlaqədar "Bir ömürdə min ömür"adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxışlarda Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşmasından, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən bəhs edilib. Bildirilib ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.

Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.