Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölməzlik timsalı şəhidlər

11.12.2023

 Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi qəhrəmanı Ramiz Cəfərov və şəhid leytenant Vüsal Məhərrəmovun doğum günlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan döyüşçülərdən polkovnik-leytenant Ramiz Cəfərov və Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Vüsal Məhərrəmov olub. O, qəhrəman döyüşçülərimizin həyat və döyüş yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, xalqımıza qələbə sevincini yaşadan belə qəhrəman Vətən oğulları oldu.

Sonra kitabxananın digər əməkdaşı Rəşad İsmayılov məruzə ilə çıxış edib. Vurğulanıb ki, Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində qəhrəman şəhidlərimiz canını fəda edərək mənfur düşmənin layiqli cavabını veriblər.