Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

08.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında kiçik yaşlı oxucular üçün nağıl saatı keçirilib. 

Uşaq şöbəsinin müdiri Günəş Ağayevanın təqdimatında oxunan nağılları uşaqlar böyük maraqla dinləyiblər.

Daha sonra balaca oxucuların nağıl personajları haqqında suallarına ətraflı cavab verilib.