Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsan hüquqları ən ali dəyərdir

08.12.2023

Masallı rayon Mərkəzi Kitabxanasında 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Gününə həsr olunmuş “İnsan hüquqları ən ali dəyərdir” adlı tədbir keçirilib. Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, hər il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunması İnsan hüquqları günü kimi qeyd edilir. Azərbaycan dövlət müstəqiliyini qazandıqdan sonrakı dönəmdə demokratik dəyərlərin və təsisatların formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin daxili siyasətinin başlıca istiqamətini təşkil edib. 

Sonra kitabxananın əməkdaşı Mərdan İsgəndərov Azərbaycanda insan hüquq və azadlıqları sahəsində dövlətin həyata keçirdiyi kompleks tədbirlərdən bəhs edən məruzə ilə çıxış edib.O, çıxışında vurğulayıb ki, Azərbaycan dövləti hər zaman öz siyasi kursunda insan hüquqları prinsip və normalarına sadiqliyini nümayiş etdirib. İnsan hüquqları günü, ölkəmizdə yüksək səviyyədə konfranslar və görüşlər, insan hüquqları məsələlərinə həsr olunmuş mədəni tədbirlər və sərgilərlə qeyd olunur. Məruzədə Azərbaycanda insan hüquq və azadlıqlarının təminat mexanizmini yaradıb həyata keçirilməsində ulu öndər Heydər Əliyevin aparıcı rolundan bəhs olunub.