Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir

08.12.2023

Astara rayon Heydər Əliyev Mərkəzinin və Y.Nəsirov adına Sərək kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə 12 dekabr-Anım Günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir” mövzusunda tarix dərsi keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tarix dərsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə “Ulu Öndər Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş film nümayiş olunub.

Sonra Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə edib.

Tarix dərsi şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablarla və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.