Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda şəhid Orxan Quluzadənin xatirəsi anılıb

08.12.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid Orxan Quluzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon rəsmiləri və ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Öncə iştirakçılar Mərkəzin foyesində şəhidin şəxsi əşyalarından ibarət sərgi ilə tanış olublar.

Mərkəzin akt zalında baş tutan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhid Orxan Quluzadənin xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi yolunda dövlətimiz tərəfindən atılan addımlardan danışıb, şəhid ailələrinə diqqət və qayğıdan söz açıblar.

Tədbir şəhid Orxan Quluzadənin məzun olduğu Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında şəhidlərə həsr olunan mahnı, şeir və səhnəcikləri ilə davam edib.

Yekunda şəhidin anası tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirib