Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əbədiyyətə doğru

07.12.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan "Əbədiyyətə doğru" mövzusunda açıq tarix dərsi keçirilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Sevinc Dadaşova, məktəbin tarix müəllimi Elsevər Rəcəbov və direktor müavini Cəfər Fətullayev çıxışlarında tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət, qüdrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat veriblər.

Sonra tədbir iştirakçılarına Mərkəzin ekspozisiya zalında yerləşən Ulu Öndər Heydər Əliyevin  ictimai - siyasi fəaliyyətini və mənalı ömür yolunu əks etdirən eksponatlar haqqında məlumat verilib.

Tədbir Nə? Harada? Nə zaman? intellektual oyunu ilə davam edib. Oyunda əsasən Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, tarix, coğrafiya, ümumi dünya görüşü ilə bağlı suallar cavablandırılıb.