Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı,müasir,müstəqil Azərbaycanın banisidir

07.12.2023

Masallı rayon Heydər Əliyev Mərkəzində 12 dekabr anım günü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı,müasir,müstəqil Azərbaycanın banisidir” mövzusunda tədbir keçirilib.

YAP Masallı rayon təşkilatı,Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının və Masallı rayon Tarix-diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə mədəniyyət,təhsil işçiləri və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu,zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

Daha sonra çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Masallı rayonu üzrə nümayəndə Salman Yunusov bildirib ki, ölkəmizin bugünkü reallıqları Ümummilli liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam əmin olunduğu ölkədir.Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın təmin olunması ,nümunəvi sosial-iqtisadi inkişaf modelinin yaradılmasıdır.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Şəfa Xəlilova,Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Nazənin Heydərzadə və Masallı Dövlət Regional Kollecinin tələbəsi Gülçin Məmmədova çıxış edərək bildiriblər ki, Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.