Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda ”Qəhrəmanlarımızı tanıyaq” adlı tədbir keçirilib

06.12.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM ) Yardımlı bölməsinin birgə təşkilatçılığı ilə mərkəzdə "Qəhrəmanlarımızı tanıyaq" adlı tədbir keçirilib

Tədbirdə təşkilatçı qurumların nümayəndələri, Vətən Müharibəsi iştirakçısı Pərvin İmanov və Yardımlı rayon N.H.Cəbiyev adına Çayüzü kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Əvvəlcə canını Vətənə fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Vətən Müharibəsindən söz açaraq qeyd edib ki, bu savaş bizə ordumuzun, dövlətimizin və xalqımızın gücünü, birliyini, yenilməzliyini göstərdi. Z.Məmmədzadə ən yeni tariximizin şanlı səhifəsinə çevrilən Zəfər tariximizdən və bu istiqamətdə keçirilən tədbirlərdən bəhs edib.

Daha sonra Vətən müharibəsi iştirakçısı Pərvin İmanov keçdiyi şərəfli döyüş yolundan, ətraflı bir şəkildə danışıb. O müharibə dövründə istər özündə, istərsə də döyüş yoldaşlarında olan ruh yüksəkliyindən, qələbəyə inamdan böyük qürur hissilə bəhs edib. Vətənə xidmətin, vətənpərvərlik hissinin önəmindən söz açan qəhrəmanımız gənclərimizə vətənpərvər olmağı arzulayıb.

Yekunda GİKM-in Yardımlı bölməsinin rəhbəri Səfail İbişli, adı qeyd olunan orta məktəbin müəllimi Şəhriyar Sahratzadə mövzu ilə bağlı fikirlərini ifadə edərək qəhrəmanımıza minnətdarlıqlarını ifadə ediblər.