Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dahi Azərbaycanlı

05.12.2023

Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Yardımlı bölməsinin, A.B.Nəcəfov adına Yardımlı rayon Ərus kənd orta məktəbində fəaliyyət göstərən Peşə təmayüllü siniflərin və Yardımlı rayon Bürzümbül kənd orta məktəbinin birgə təşkilatçılığı ilə mərkəzdə "Heydər Əliyev ili" çərçivəsində icra olunan tədbirlər planına uyğun olaraq "Dahi Azərbaycanlı" adlı tədbir təşkil olunub.

Tədbirdə adları çəkilən qurumların nümayəndələri və təhsil müəssisələrinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, xalqımız naminə həyata keçirdiyi işlər, dövlətimizin inkişafı üçün atdığı addımlar, Respublikamızın dünya ölkələri içərisində seçilməsi, tanınması naminə yürütdüyü siyasət, 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanı məhvolma təhlükəsindən xilas etməsi, həmin ildən etibarən ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı uğurları, ordumuza, mədəniyyətimizə, təhsilimizə, gənclərimizə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib.

GİKM-in Yardımlı bölməsinin rəhbəri Səfail İbişli və Bürzümbül kənd orta məktəbinin direktoru, Vətən Müharibəsi iştirakçısı Asif Məmişzadə mövzu ilə bağlı fikirlərini ifadə edərək, gənclərimizə gələcək həyat yollarında uğurlar arzulayıblar.

Sonra Ümummilli lider Heydər Əliyevə həsr olunan "Dahi şəxsiyyət" sənədli filmi izlənilib.

Yekun olaraq tədbir iştirakçıları Mərkəzdə mövcud olan, dahi Azərbaycanlı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.