Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

01.12.2023

Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsinin gənc nəslə ötürülməsi, Azərbaycanın önəmli bir tarixi dönəminə dəyərli töfhələr vermiş dahi şəxsiyyətin həyat və siyasi yoluna işıq salınması, həmçinin məktəblilərin araşdırma aparma, fikrini ifadə etmə bacarıqlarının inkişaf etdilməsidir.

Qeyd edək ki, Masallı rayon Heydər Əliyev Mərkəzinin,Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı,Masallı rayonu üzrə Təhsil sektorunun dəstəyi ilə keçirilən müsabiqənin qalibləri növbəti həftə elan olunacaq.