Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvətidir

05.12.2023

Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana,  Masallı rayon İcra Hakimiyyəti, Gənclərin İnkişafı və Karyera Mərkəzin Lənkəran- Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvəridir” mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən , Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərlərindən, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah və milli şüurun oyanışı, müstəqilliyimizin məhz onun sayəsində əbədiləşərək ölkəmizin dünyada layiq olduğu mərtəbəyə yüksəlməsindən bəhs edilib.

Qeyd olunub ki, Ulu Öndərin Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər , SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritminin təmamilə dəyişdi. Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildi.  Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi.

Müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin siyasi kursu və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Azərbaycanın durmadan yüksəlib inkişaf etməsi, xüsusilə Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən məqsədyönlü, düşünülmüş şəkildə davam etdirilməsi, nəticədə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olmasını sübut edir.

Yekunda iştirakçılıar muzeyə ekskursiya ediblər