Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vüsal hicrandan acıymış

28.11.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə mərkəzdə şəhid Vüsal Kazımovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri,  müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri xüsusi qayğı və diqqətdən, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi yolunda atılan addımlardan danışıblar.

Daha sonra şəhidin həyat yoldaşı Aysel Kazımova və şəhid atası Kamran Kazımov çıxış ediblər. Şəhid ailəsinin üzvləri cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq tam şəkildə dövlətin qayğısı ilə əhatə olunduqlarını, bütün müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığını vurğulayıblar, buna görə onlara təşəkkürlərini ifadə ediblər.

Çıxışlardan sonra Çinarə Ömürayın şəhidimizin həyatından bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmi nümayiş olunub.