Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam gənclik naminə narkomaniya və erkən nikaha yox deyək

29.11.2023

Lerik rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, Mədəniyyət Mərkəzi, Təhsil sektoru, Gənclər və İdman sektorunun bir gə təşkilatçılığı ilə Piran kənd tam orta məktəbində “Sağlam gənclik naminə narkomaniya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, polis şöbəsinin rəisi, polis palkovniki Ramil Mustafayev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Lerik rayonu üzrə nümayəndə Müqəddəs Dənziyev, Təhsil sektorunun müdiri Zöhrab Salayev, Gənclər və idman sektorunun müdiri Natiq İsaqov, müəllimlər və məktəblilər iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra mövzu ilə bağlı film nümayiş olunub.

Çıxışlarda narkomaniya və erkən nikahın fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Vurğulanıb ki, narkoimaniya əsrimizin bəlasıdır bu bəladan gənclərimizi qorumaq üçün diqqətli olmaq, həmçinin gənclərlə daima ünsiyyətdə olmaq lazımdır. Eyni zamanda tədbirdə erkən nikahların qarşısının alınmasında da xüsusi diqqətin göstərilməsi qeyd olunub.