Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Məişət zorakılığının fəsadları” mövzusunda tədbir keçirilib

28.11.2023

Noyabrın 28-də Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzdə “Məişət zorakılığının fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yardımlı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İcra hakimiyyəti yanında Gender bəarbərliyi və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Əfsanə Məmmədova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə, Köryədi kənd tam orta məktəbinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Əfsanə Məmmədova mövzunun əhəmiyyətini qeyd edərək bildirib ki, tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir. Diqqətə çatdırılıb ki, “erkən nikah” məişət zorakılığı və insan alveri bəşəriyyətin ən böyük problemlərindən biridir. Məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.   

Sonra Zeynəb Məmmədzadə çıxış edərək məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxlamaqda olduğunh, ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirildiyini, qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazasının yaradıldığını vurğulayıb