Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin həyatı müasir gəncliyin gözü ilə

29.11.2023

Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyevin həyatı müasir gəncliyin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin,Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər, təşkilatçı qurumların rəhbərləri və əməkdaşları iştirak edib.   

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən xalqın Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi haqqında ətraflı məlumat verib.D.İbayeva bildirib ki,ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev tərəfindən bu siyasət, dövrün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilərək uğurla davam etdirilir. D.İbayeva çıxışına davam edərək Azərbaycan gənclərinin ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərdiyini, müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil etdiklərini diqqətə çatdırıb.

Diskussiya şəklində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.