Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölkənin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın təminatıdır

28.11.2023

Masallı Tarix Diyarşünaslıq Muzeyi ,Mərkəzi Kitabxana və Gənclərin  İnkişaf və Karyera Mərkəzinin Lənkəran- Astara Regional  nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə  dair  2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq “ Ölkənin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın təminatıdır” mövzusunda dəyirmi masa keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri və gənclər iştirak edib.

Əvvəlcə Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva  korrupsiya ilə mübarizənin hər bir dövlət və cəmiyyət üçün ciddi çağırış olmasından həmçinin bu gün  müasir Azərbaycanın korrupsiyaya qarsı mübarizə təcrübəsi sisteminin kompleks və innovativ xarakteri ilə seçilməsindən danışıb.

   Sonra Mərkəzi Kitabxananın biblioqrafı Günay Xəlilova  və Gənclərin  İnkişaf və Karyera Mərkəzinin Lənkəran- Astara Regional  nümayəndəliyinin Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev  Azərbaycanda  korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin effektivliyinin təmin edilməsi şərtlərindən və bu mübarizədə  ölkəmizdə hökumət- vətəndaş əməkdaşlığının təmin edilməsinə yaradılan  şəraitdən söhbət açıblar.