Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən uğrunda şəhid olanlar unudulmayacaq

27.11.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun anadan olmasının 55-ci doğum gününə həsr olunmuş “Vətən uğrunda şəhid olanlar unudulmayacaq” adlı tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki,xalqımızın qəhrəman oğlu Şahlar Hüseynov 26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. O, 1985-ci ildə təhsilini başa vurduqdan sonra. 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vuran Şahlar Hüseynov Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavoduna çilingər işləməyə başlamışdır.

Sonra məruzə ilə çıxış edən kitabxananın digər əməkdaşı Gülər Piriyeva Şahlar Hüseynovun döyüş yolu haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Şahlar Hüseynov erməni qəsbkarlarının 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olub. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Bir çox döyüşlərdə iştirak edən Şahlar Hüseynov Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşaraq düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv edib. 10 aprel 1992-ci ildə Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarları ilə döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.