Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Məişət zorakılığının yaranma səbəbləri və onunla mübarizə üsulları

27.11.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “ İnsan alveri və Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq “ Beynəlxalq kompaniyası və 10 dekabr Beynəlxalq İnsan hüquqları günü münasibəti ilə “ Məişət zorakılığının yaranma səbəbləri və onunla mübarizə üsulları “mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Astara rayon Dövlət Rəsm Qaleriyasının, Astara şəhər F.Əliyarov adına 6 saylı, B.Rüstəmov adına Asxanakəran  kənd tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin  və şəhidlərimizin əziz xatirəsi yad olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə “Məişət zorakılığına susma” adlı film nümayiş olunub.

Cıxışlarda qeyd olunub ki, Məişət zorakılığı kifayət qədər geniş yayılmış, çətin həll oluna bilən və ciddi, bəzən də faciəli nəticələrə səbəb olan zərərli həyati situasiyadır. Məişət zəminində törədilən zorakılıq mürəkkəb proses olub istər ayrı-ayrı fərdlər, istərsə də bütövlükdə cəmiyyət üçün ciddi nəticələrə gətirə bilər. Məişət zorakılığının obyekti kimi uşaqlar, ahıllar və əlillər çıxış etsələr də, bu sahədə aparılmış tədqiqatlar, sorğular və statistik məlumatlara əsasən demək olar ki, zorakılığın obyekti əksər hallarda qadınlar olur. Məhz bu baxımdan və bütövlükdə məişət zorakılığının qlobal səciyyə daşıması beynəlxalq qurumlar tərəfindən diqqət mərkəzinə gətirilmiş və 1979-cu ildə BMT-nin Assambleyası Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi üzrə Konvensiyanı qəbul etmişdir. Azərbaycan Respublikası 1995-ci ildə bu konvensiyaya qoşulmuşdur. 

Yekunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırlıb.