Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı

24.11.2023

Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Şəkərbala” uşaq bağçasında kiçik yaşlı oxucular üçün "Nağıl saatı" keçirilib. 

Uşaq şöbəsinin əməkdaşı Esmira Ağarzayeva balaca fidanlar üçün Azərbaycan xalq nağıllarınıoxuyub və nağıl qəhrəmanları haqqında onlara geniş məlumat verib.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaqların rəngli dünyalarına daha da rəng qatmaq, onların mənəvi ruh yüksəkliyi ilə vətənpərvər böyüməsinə dəstək olmaqdır.