Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Taleh İsmayılovun doğum gününə həsr olunmuş tematik gecə

24.11.2023

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Taleh İsmayılovun doğum gününə həsr olunan tematik gecə keçirilib.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsilə başlayıb. Sonra Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru A.Kəkəyev, Lənkəran şəhər icra hakimiyyətinin əməkdaşı R.Baxşıyev, AVMİB-nin direktor müavini S.Dostiyev, Boladi kənd icra nümayəndəsi N.Süleymanov Taleh İsmayılovun keçdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Tədbirdə şəhidin həyat yoluna həsr olunmuş "Zəfər Qəhrəmanı" adlı videoçarx nümayiş olunub.

Bədii hissədə şəhidin təhsil aldığı Boladi 1 saylı, Lənkəran şəhər 7 və 10 saylı tam orta məktəblərinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub. Mədəniyyət Mərkəzinin "Babalar" xor kollektivinin ifasında "Qarabağ", müğənni E.Çərkəzoğlunun ifasında isə Taleh İsmayılova həsr olunan mahnılar səsləndirilib.