Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sən azadsan Qarabağım

25.11.2023

Cəlilabad rayon Mərkəzi Kitabxanasında Ağdam və Kəlbəcər rayonlarının şəhər günləri ilə əlaqədar “Sən azadsan Qarabağım” adlı ədəbi-bədii gecə keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə böyük mühasibi Elnur Atakişiyev, kitabxananın əməkdaşları, Cəlilabad şəhər 1 saylı məktəb-liseyinin III sinif şagirdləri və məktəbin müəllimi Şəfa Əliyeva iştirak edib.

Tədbiri giriş sözü ilə aparıcı Müşahidə Nərimanova açaraq bildirib ki, Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb. Ermənistan Laçın və Ağdamla yanaşı Kəlbəcər rayonunu da boşaltmaq məcburiyyətində qalıb. Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana təhvil verilib. Prezident ilham Əliyev 31 iyul 2023 ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edilib.

Sonra natiqlər: 44 günlük Vətən Müharibəsi haqqında və şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərmizin döyüş yolları barədə danışıblar.

Ədəbi-bədii gecədə məktəblilər "İgid əsgər möhkəm dayan" rəqs kompozisiyasını ifa edib və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.