Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yadımlıda ”Kəlbəcər bizimdir” adlı tədbir keçirilib

24.11.2023

 Yardımlı rayon Heydər Əliyev Mərkəzində Yardımlı rayon Avun kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə "25 noyabr Kəlbəcər Şəhəri Günü" münasibətilə "Kəlbəcər bizimdir" adlı tədbir keçirilib

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə yeni tariximizin parlaq səhifəsi olan 44 günlük Vətən Müharibəsi haqqında geniş məlumat verib. Z.Məmmədzadə istər hərb meydanında, istərsə də siyasi müstəvidə qazanılan Zəfərimizin Azərbaycana yenidən bəxş etdiyi torpaqlarımızdan, həmçinin də vaxtilə işğal olunmuş rayonların ən böyüyü olan Kəlbəcərin tarixindən bəhs edib.

Sonra məktəbin müəllimi Salam Abdulov mövzu ilə bağlı fikirlərini ifadə edib.

Yekunda tədbir iştirakçılarına Mərkəzdə nümayiş olunan eksponatlar və sərgilər haqqında məlumat verilib