Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitabxanaya qonaq gələn şair

22.11.2023

Masallı rayon Mərkəzi Kitabxanasında şair, veteran kitabxanaçı Hacı Dadaş Məmmədovla görüş keçirilib.

Rayonun Sığdaş kəndindən olan şair uzun illər kənd kitabxanasının rəhbəri kimi fəaliyyət göstərib. Öz peşəsinə sıx bağlı olan Hacı Dadaş, əmək fəaliyyəti dövründə zəhmətkeşliyi, çalışqanlığı və fəallığı ilə seçilib. Kamil insani keyfiyyətləri sayəsində həmkarlarının dərin hörmət və rəğbətini qazanıb.

Maraqlı və axıcı söhbətləri ilə yadda qalan şair özünün zəngin həyat təcrübəsi və kitabxanada işlədiyi dövrlə bağlı xatirələrini danışıb.

Ədəbi yaradıcılığını bir-birindən rəngarəng mövzularda qələmə aldığı 7 kitabla zənginləşdirən şair özünün ədəbi təxəyyülünün məhsulu olan bir neçə poeziya nümunəsi səsləndirib.