Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

22.11.2023

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Noyabrın 22-də Masallı rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi,Masallı rayon Tarix-Diyarşünaslıq muzeyi və Masallı rayon Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir”mövzusunda maarifləndirici tədbir keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini söyləyib.Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan L.Həsənova bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva,Masallı rayon Mərkəzi Kitabxananın əməkdaşı Lətafət Əlirzayeva “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

Qeyd ediblər ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.