Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü qeyd edilib

21.11.2023

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət Mərkəzinin, Dövlət Rəsm Qalereyasının və şəhr 4 saylı klubun birgə təşkilatçılığı ilə mərkəzdə Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra YAP-ın yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlarda partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salınıb. Bildirilib ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.