Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir keçirilib

25.10.2023

Q. Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lənkəran rayonu üzrə tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. 

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Anar Kəkəyev korrupsiyaya qarşı mübarizədə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, təşkilati tədbirlərin səmərəliliyindən bəhs edərək bildirib ki, bu istiqamətdə görülən işlər nəticəsində qısa müddət ərzində korrupsiyaya qarşı mübarizədə uğurlu strategiya formalaşdırılmış və onun səmərəli tətbiqinə nail olunmuşdur.

Çıxışlarda vurğulanıb ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılmış, mühüm institusional tədbirlər həyata keçirilmişdir və bu islahatlar bu gün də davam etdirilməkdədir.