Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

15.10.2023

Astara rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu nümayəndə Şadoğlan Bayramov ölkə başçısı İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə Lənkədan-Astara Regional Mədəniyyət İdarəsinin və tabe qurumların işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının zəruriliyini qeyd edib.