Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması

05.10.2023

Yardımlı rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Yardımlı rayonu nümayəndə Ayaz Əliyev tədbirdə çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə və dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətində şəffaflığının təmin edilməsi qətiyyətlə yerinə yetirilir. Son vaxtlar bütün sahələrdə şəffaflıq prinsipinin əsas götürülməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi də məhz bu reallıqla şərtlənir. Korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini verməkdədir.