Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi

27.09.2023

Lerik rayon Mədəniyyət Mərkəzində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə "Dövlət qurumlarında çalışan işçilərdə antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi" mövzusunda seminar keçirilib.

Seminarda Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. 

Seminarda çıxış edən Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Lerik rayonu nümayəndə Müqəddəs Dənziyev idarənin tabe müəssisələrində belə maarifləndirici tədbirlərin ardıcıl olaraq keçirildiyini,respublikada tətbiq olunan "ASAN xidmət" modelinin dünyada Azerbaycan təcrübəsi kimi böyük nüfuza sahib olduğunu və dövlət qurumlarında bir çox elektron xidmətlərin tətbiqinin nəticəsi olaraq vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinin şəffaflığa böyük töhfə verdiyini vurğulayıb.