Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdamın işğaldan azad edilməsi tarixi hadisə idi

20.11.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “Ağdam Şəhəri Günü”nə həsr olunan tədbir keçirilib.

Tədbirdə Mədənəiyyət İşçiləri Həmkarlar İttifaqının Astara rayon komitəsinin və mərkəzin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd edilib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb.