Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Qurtuluşa gedən yol” adlı şahmat turniri keçirilib

17.11.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə məktəblilər arasında "Qurtuluşa gedən yol" adlı şahmat turniri keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildilib.

Sonra Lənkəran şəhər Heydər Əliyev  Mərkəzinin direktoru Reyhanə Sadıxova 17 Noyabr - Milli Dirçəliş Gününün tarixi haqqında ətraflı məlumat verərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev deyirdi; “Mən fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz”.

Turnirdə Lənkəran şəhər R. Məmmədov adına 5 saylı tam orta məktəbin şagirdi Ülvi Əzizov I, H. Aslanov adına 3 saylı tam orta məktəbin şagirdi Ələşrəf Nemətli II, Q. Zeynalov adına Darquba kənd tam orta məktəbinin şagirdi Fuad Əbilzadə isə III yerə layiq görülüb.

Yekunda qaliblər Heydər Əliyev Mərkəzinin “Fəxri Diplom”ları ilə mükafatlandırılıblar.

Qeyd edək ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzi və Lənkəran Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnirin məqsədi məktəblilər arasında vətənpərvərlik və milli qəhrəmanlıq ruhunun aşılanması, sağlam həyat tərzinin, əzmkarlığın təbliğ edilməsidir.