Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində ”Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib

11.11.2023

8 Noyabr – Zəfər Günü münasibətilə Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib.

İlk öncə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev mərkəzin bütün əməkdaşlarını və xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Tədbirdə Şəhid anaları, qazilər, Mədəniyyət Mərkəzinin əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.

Tədbir konsert proqramı ilə davam edib.

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin foyesində geniş konsert proqramı mərkəzin, klub filiallarının dərnək üzləri, və digər incəsənət ustalarının  iştirakı ilə təqdim olunub. Rayon sakinləri konsert proqramını böyük hərarət, coşqu və alqışlarla qarşılayıblar.