Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ulu öndərin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

12.12.2018

Bu gün, 12 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ulu öndərin həyatı və titanik fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib. 
Konfransı giriş nitqi ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin qurucusu və memarı olduğu müstəqil dövlətimizin iqtisadi cəhətdən gücləndirilməsi istiqamətindəki fəaliyyətindən danışıb.
Məruzəçi qeyd edib ki, hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, Vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.