Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərin mübarək, Azərbaycan !

07.11.2023

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və GİKM-nin Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, təhsil və mədəniyyət nümayəndələri, məktəblilər, gənclər, ziyalılar iştirak ediblər. 

İlk öncə qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Dövlət Himni səsləndirilib

Heydər Əliyev Xatirə parkında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş gənc rəssamların rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb.

Tədbirdə çıxış edənlər  bildiriblər ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik, güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirdilər.

Tədbir biri - birindən gözəl musiqi və rəqs nömrələri ilə davam edib.