Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Xarıbülbül” adlı konsert proqramı təşkil olunub

08.11.2023

Masallı şəhər Onbirillik İncəsənət məktəbində 8 Noyabr-Zəfər Günü münasibəti ilə "Xarıbülbül"adlı konsert proqramı təşkil olunub.

Tədbirdə şəhid ailələri, qazilər, rayon rəsmiləri, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənidirilib.

Şanlı qələbəmizin tarixi xronologiyasından bəhs edən video rolik nümayiş etdirildikdən sonra məktəbin şagird və müəllimlərinin ifasında təqdim olunan konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.